Rusiya Qazaxıstan neftini Belarusa buraxmadı - Putin Lukaşenkonu neftsiz qoyur

22-01-2020, 00:00           
Rusiya Qazaxıstan neftini Belarusa buraxmadı - Putin Lukaşenkonu neftsiz qoyur
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan gileylənərək bəyan edib ki, “qardaş ölkə” Qazaxıstan neftinin öz ərazisindən Belarusa nəqlinə icazə verməyib.

“AzPolitika.info” xəbər verir ki, Belarus mətbuatına açıqlama verən Lukaşenko yaranmış situasiyanı “qəribə” adlandırıb.

Lukaşenko deyib ki, bir müttəfiqinin digər ümumi müttəfiqdən neft almasına imkan verməməsini anlaya bilmir. Belarus prezidenti hökumətə yeni mənbələr tapmağı və neft alışını diversifikasiya etməyi tapşırıb.

Lukaşenko deyib ki, Rusiyadan Belarusa lazım olan neftin yalnız 30-40 faizini almaq lazımdır. Tələbatın qalan hissəsini isə Ukrayna və Baltika respublikalarından keçməklə digər ölkələrdən – Azərbaycan, Səudiyyə Ərəbistanı, Norveç, hətta ABŞ-dan almaq olar.

Belarus prezidenti qeyd edib ki, Rusiyanın tətbiq etdiyi yeni vergitutma qaydaları Belarus iqtisadiyyatına ciddi zərər vurur və bu ölkədəki neftayırma zavodlarını gəlirsiz qoyur. Çünki Rusiyanın tələb etdiyi şərtlər yerinə yetirildiyi təqdirdə bu ölkədən alınan neftin qiyməti dünya bazarındakı qiymətdən də baha olacaq.

Xatırladaq ki, Belarus və Rusiya rəhbərləri 2020-ci ildə neftin satış qiyməti və vergitutma məsələləri ilə bağlı razılığa gələ bilməyiblər. Hətta mətbuatda rəsmi Moskvanın neft güzəştləri qarşılığında Belarusdan öz suverenliyindən Rusiyanın xeyrinə qismən imtinasını tələb etdiyinə dair iiddialar yer alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru