Çinli tibb bacısından şok çağırış: Hökumət yalan deyir - Video

30-01-2020, 07:02           
Çinli tibb bacısından şok çağırış: Hökumət yalan deyir - Video
Çində ölümcül virusa yoluxanlarla bağlı xəbərlər durmadan artır. Lakin bəzi mənbələr rəsmi rəqəmlərin real olmadığını iddia edir.
Çin höküməti Vuhan şəhərində yayılan koronavirusa təxminən 3 min insanın yoluxduğunu bildirib. Lakin bir tibb bacısının rəsmi rəqəmləri yalanlayaraq çəkdiyi videosu dünya gündəminə düşüb. Tibb bacısı dünyadan kömək istəyərək bildirib ki, hökumətin göstərdiyi rəqəmlər reallığı əks etdirmir:

"Hal-hazırda Hubey əyalətində və ümumiyyətlə Çində virusa 90 min insan yoluxub. Bu videonu izləyənlərin evdən çıxmamalarını tövsiyə edirəm. Hökumətin nə dediyi vecimizə deyil. Xahiş edirəm, Vuhana maska, eynək, geyim və ərzaq bağışlayın. Xahiş edirəm bizə kömək edin". (xezerxeber.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru