Ruslar Putinə Türkiyə şoku yaşatdı - Türkiyədən imtina edə bilmirlər

15-12-2015, 20:19           
Ruslar Putinə Türkiyə şoku yaşatdı - Türkiyədən imtina edə bilmirlər
Rusiyada keçirilən bir sorğu rusların Türkiyədən imtina edə bilmədiyi həqiqətini ortaya çıxarıb.

Avropa.info xəbər verir ki, keçirilən sorğu zamanı məlum olub ki, hər 10 nəfərdən 9-u gələn ilin yay tətili üçün yenə Türkiyəyə gələcəyini söyləyib.

Türkiyənin Rusiyanın döyüş təyyarəsini vurmasından sonra Rusiya tərəfi sərt addımlar atmağa davam edir. Mətbuat vasitəsilə davam etdirilən Türkiyə əleyhinə aksiyaya baxmayaraq ruslar Putinin siyasətini dəstəkləmirlər.

Rusiyada bir radionun keçirdiyi sorğu zamanı 'Türkiyəyə getməyi düşünürsünüzmü?' sualına bundan əvvəl də Türkiyədə tətil etmiş hər 10 nəfərdən 9-u “bəli, yenə gedərəm” deyə cavab verib.

Sorğuda iştirak edən və Antalyadan imtina edə bilməyən bir nəfər Türkiyəni sevdiyini, əlaqələrin tez bir zamanda normallaşmasını istədiyini bildirib.

“Exo Moskva” radiosunun “Türkiyə cəzalandırılmalıdırmı?” sualına da, iştirakçıların 63 %-i “Xeyr” deyə cavab verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.