“ABŞ-ın ən nifrət edilən iş adamı” həbs edildi

17-12-2015, 23:00           

O HİV dərmanının qiymətini 50 dollardan 750 dollara qədər qaldırıb.

ABŞ federal xidmətləri biznesmen Martin Şkreli həbs edib.

Keçmiş iqtisadiyyatçı, hazırda “Turing” əczaçılıq şirkətinin 32 yaşlı müdiri, milyonçu Martin Şkrel HİV müalicəsi üçün dərmanın patentini alandan sonra bütün ölkəyə məşhur olub.

Biznesmen dərmanın qiymətini 50 dollardan 750 dollara qədər qaldırıb.

Sosial şəbəkələrdə etirazlardan sonra Amerika KİV-ləri onu “ölkənin ən nifrət edilən iş adamı” kimi adlandırmağa başlayıb.

NY Times qəzeti məlumat verir ki, Şkrel fırıldaqçılıqda ittiham edilərək həbs edilib. (oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.