Vahabzadə açıqladı – İranda virusdan ölənlərin sayı...

12-03-2020, 00:03           
Vahabzadə açıqladı – İranda virusdan ölənlərin sayı...
Son 24 saat ərzində koronavirusa 958 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 9 minə çatıb.

İranda koronavirusdan ölənlərin sayı bir gün ərzində 63 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib.

"Son 24 saat ərzində koronavirusa 958 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 9 minə çatıb. Bir gün ərzində 63 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 354-ə çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 9 min şəxsdən 2959-u sağalıb.
sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru