Vaşinqtonda koronavirusa görə fövqəladə vəziyyət elan edildi 12-03-2020, 01:28 ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yeni növ koronavirusun yayılması ilə bağlı fövqəladə vəziyyət elan edilib.“Report” xəbər verir ki, bu barədə Vaşinqton şəhərinin meri Myuriel Bouzer bəyan edib.Onun sözlərinə görə, hazırda şəhərdə koronavirusun yeni növünə (COVID-2019) 10 yoluxma hadisəsi qeydə alınıb.Fövqəladə vəziyyət merə məcburi karantin tətbiq etmək və böhran dövründə qiymətləri qaldırmağa çalışan satıcıları mühakimə etmək imkanı verir.Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. Facebook-da paylaş