“Sərkisyan 42 milyon dollarlıq silah alıb, heç nəyə yaramır, metallomdur...” - PAŞİNYAN EKS-PREZİDENTİ HƏDƏLƏDİ

12-03-2020, 10:55           
“Sərkisyan 42 milyon dollarlıq silah alıb, heç nəyə yaramır, metallomdur...” - PAŞİNYAN EKS-PREZİDENTİ HƏDƏLƏDİ
Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün elan edilmiş referendumun təbliğat kampaniyasını Gorusdan başlayıb.

Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Paşinyan burada keçmiş hakimiyyətin ünvanına ciddi ittiham səsləndirib, eks-prezident Serj Sərkisyanın orduya 42 milyon dollarlıq yararsız silah-sursat aldığını açıqlayıb.

Paşinyan bu faktı ilk dəfə açıqlayaraq deyib ki, bu faktla bağlı cinayət işi qaldırılıb və onun sözlərinə görə, keçmiş hakimiyyətin dövründə tez-tez ordu üçün yararsız sursatlar alınırdı.

“Serj Sərkisyanın hakimiyyəti 42 milyon dollara silah alıb, həmin silah ümumiyyətlə işləmir, o ümumiyyətlə heç nəyə yaramır, ancaq metallomdur. Bu adamlar 42 milyon dollar ödəyiblər. Bu silah heç nəyə yaramır, o heç silah da deyil, məlum deyil nədir...İndi cinayət işi qaldırılıb, qoy Serj Sərkisyan gəlib buna cavab versin”,-Paşinyan bildirib.

Lakin Ermənistan baş naziri həmin silahların nədən ibarət olduğunu və hansı ölkədən alındığını deməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.