Səudiyyədən neft bazarına yeni həmlə – qiymət böyük fərqlə düşür
12-03-2020, 16:42

Səudiyyə Ərəbistanın “Arab Light” markalı neftin cəmi 25$/barel dəyərində Rotterdama tədarük etmək nəzərə tutması ilə bağlı yayılan məlumat enerji bazarında dinamikanı artırıb.
Banker.az xəbər verir ki, Bakə vaxtı ilə 15:31 radələrində, bu xəbər sonrası Nyu-Yorkun Nymex əmtəə birjasında Qərbi Texas Neftinin (WTI) dəyəri 6.25% ucuzlaşmaqla 30.92$/barel səviyyəsinə düşüb.
Eyni radələrində Brent markalı xam neftin dəyəri günlük 7.40% (2.65$) azalmaqla 33.14$/barel səviyyəsində ticarət edilir.
Səudiyyə Ərəbistanı bu “neft müharibəsi” ilə “Urals” markalı neftinə nisbətən xeyli aşağı qiymət təklif etməklə adıçəkilən ölkəni Avropa bazarından sıxışdırmağı hədəfləyir. Bloomberg-in digər bir xəbərində isə Körfəz ölkələrindən artıq 3-ü bu Rusiyaya qarşı “neft müharibsəsi”nə qoşulub.
Mənbələrin bildirdiyinə görə, Avropanın “Royal Dutch Shell”, BP, “Total”, OMV, “Repsol”, “Cepsa” kimi ən iri neft şirkətləri “Saudi Aramco”dan əvvəlkindən dəfələrlə artıq həcmdə neft tədarükü təklifləri alıb: “Əlavə tədarük həcmi 25 faizdən 200 faiz arasında dəyişir”.
“Aramco” bu məlumatı təsdiqləyib.
Rusiyanın hökumətindən isə bildirilir ki, Moskva qiymət müharibəsində iştirak etmir və onun əsas məqsədi “sabit bazardır”.