ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiyalarını yenidən təxirə saldı

12-03-2020, 16:52           
ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiyalarını yenidən təxirə saldı
ABŞ prezidenti Donald Trump-ın administrasiyası Huawei şirkəti ilə əməkdaşlıq lisenziyasının müddətinin yenidən uzadılması qərarını qəbul edib. Bu barədə Reuters saytı xəbər verib. Qeyd etmək lazımdır ki, keçən ilin may ayında ABŞ hökuməti Huawei şirkətini qara siyahıya əlavə etmişdi. Nəticədə ABŞ-dan olan şirkətlər Huawei ilə əməkdaşlığı dayandırmalı oldular.

Lakin həmin vaxtdan bəri ABŞ hökuməti Huawei Technologies üçün nəzərdə tutulmuş müddətlik general lisenziya (TGL) müddətini uzadır. Bu onun üçün edilir ki, ABŞ şirkətləri Huawei şirkətinin şəbəkə texnologiyalarına alternativ variant tapmaq üçün yetəri qədər vaxta sahib olsunlar. Hal hazırda mövcud olan lisenziya müddəti 1 aprel tarixində sona çatır

Lakin buna baxmayaraq prezident administrasiyası artıq sözügedən lisenziyanın müddətinin uzadılması qərarını qəbul edib. Beləliklə lisenziya müddəti 15 may tarixinə kimi uzadılıb. Heç istisna deyil ki, 15 may tarixinə az müddət qalmış ABŞ hökuməti lisenziya müddətini yenidən uzadacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Google şirkəti Huawei ilə əməkdaşlığın bərpa olunması üçün Ağ Evdən icazə istəmişdi.

©Technote












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru