İranda koronavirusa yoluxanların sayı 10 mini keçdi
13-03-2020, 00:01
İranda koronavirusa yoluxanların sayı 10 075 nəfərə çatıb.
Bu barədə İranın Səhiyyə nazirinin müşaviri Əli Rza Vahabzadə bildirib. Sutka ərzində 1075 nəfərdə yoluxma aşkarlanıb. 75 nəfər isə dünyasını dəyişib. Bununla da İranda koronavirusdan ölənlərin sayı 429 olub.