Qahirədə yaşayış binası çökdü: ölənlər var

13-03-2020, 21:21           
Qahirədə yaşayış binası çökdü: ölənlər var
Əlverişsiz hava şəraiti, sel və daşqınlar nəticəsində Misir paytaxtının Helvan rayonunda qəzalı vəziyyətdə olan yaşayış binasının çökməsi nəticəsində 7 nəfər həlak olub.

Axar.az xəbər verir ki, hadisə ilə əlaqədar Qahirə prokurorluğu təhqiqat aparır.

Misirin Sosial Həmrəylik Nazirliyi qəza bölgəsinə Qırmızı Aypara Cəmiyyətinin xilasetmə dəstəsini göndərib. Yaralanan sakinlərə tibbi və ərzaq yardımları göstərilib.

Qahirənin Əl-Zarayeb rayonunda da güclü külək və sel nəticəsində evsiz-eşiksiz qalmış 250 ailəyə ərzaq və çadırlar göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru