Avropa pandemiyanın episentri elan edildi

13-03-2020, 22:46           
Avropa pandemiyanın episentri elan edildi
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa qitəsinin koronavirus pandemiyasının episentrinə çevrildiyini bəyan edib.

Unikal.org xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus Cenevrədə keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Avropada gündəlik koronavirusa yoluxma halı Çindən çoxdur.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 136 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 140 214-ə çatıb. Bunların 70 733 nəfəri sağalıb, 5 123 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru