“Sberbank” Elman Rüstəmovu təkzib etdi: - dollar 2 manat olacaq

21-01-2016, 18:42           
“Sberbank” Elman Rüstəmovu təkzib etdi: - dollar 2 manat olacaq
Rusiyanın “Sberbank” bankının korporativ-investisiya biznesi sayılan Sberbank CIB “MDB: Borc bazarları” adlı sərmayə hesabatı dərc edib.

Hesabatda deyildiyinə görə, manatın enişinin hansı səviyyədə dayanacağı ilə bağlı sual açıqdır və bu, ancaq manata deyil, Rusiya rubluna, Qazaxıstan təngəsinə və Körfəz ölkələri əməkdaşlıq şurasına daxil olan, valyutaları sabit məzənnə ilə müəyyən edilən bütün ölkələrə aiddir.

Virtualaz.org xəbər verir ki, hesabatda daha sonra deyilir: “Vəziyyətin belə olmasının səbəbi odur ki, bazar neftin qiymətinin nə qədər enəcəyini proqnozlaşdırmaqda acizdir. Dünən (yanvarın 19-u) elan edilmiş tədbirlərə baxmayaraq, Brent markalı neftin qiyməti 1 barrelə görə 25 dollara düşərsə, USD/AZN məzənnəsi indiki 1,60 səviyyəsindən daha yüksək səviyyəyə qədər yüksələ bilər və ola bilsin ki, 2 manata yaxınlaşsın”.

Hesabatda vurğulanır ki, Azərbaycan hakimiyyəti kapitalın ölkə xaricinə çıxarılmasını məhdudlaşdıran tədbirlərin tətbiqinə başlayıb.

Qeyd edək ki, “Sberbank”ın hesabatı Mərkəzi Bankın başçısı Elman Rüstəmovun dolların məzənnəsinin 2 manata qədər qalxması barədə yayılan şayiələri əsassız adlandırdığı bəyanatı ilə ziddiyyət təşkil edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.