Daha bir rus təyyarəsi vuruldu – SON DƏQİQƏ

22-01-2016, 21:38           
Daha bir rus təyyarəsi vuruldu – SON DƏQİQƏ
Türkiyə-Suriya sərhədində daha bir rus təyyarəsi vurulub.
Publika.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə”nin Pakistan müxbiri Əhməd Zeydan məlumat verib.
Məlumata görə, təyyarə Suriyanın İdlib mahalının Babulhava ve Sarmada mahalları arasında vurulub. Həmin ərazi Cilvegözü sərhəd-keçid məntəqəsinin qarşısındadır.
“Əl-Cəzirə”nin müxbiri bildirib ki, Rusiya təyyarəsi Türkiyə ilə sərhəd əraziləri bombaladıqdan sonra vurulub. Ancaq iddialar hələ təsdiqlənməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.