İranda 5,4 bal gücündə zəlzələ baş verib 23-01-2016, 09:41 İranın Fars vilayətində 5,4 bal gücündə zəlzələ baş verib. APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 00:21-də qeydə alınıb. Zəlzələnin episentri Darab şəhərindən 83 km cənub-şərqdə, ocağı isə 28 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Facebook-da paylaş