Neft qalxma dinamikasını saxlayıb - 32 dolları keçdi

23-01-2016, 09:47           
Neft qalxma dinamikasını saxlayıb - 32 dolları keçdi
Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.

Axar.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli daha 0,91 dollar qalxaraq 32,01 dollara çatıb.

VTİ markalı neftin bir barreli isə 1,1 dollar qalxaraq 32,14 dollar olub.

Qeyd edək ki, 2 gün öncə neftin qiyməti 27 dollara yaxınlaşmışdı. Bu gün səhərdən başlayaraq, neftin qiyməti qalxmaqdadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.