Rusiya təyyarəsini qadın pilot vurub
23-01-2016, 09:57
2015-ci il noyabrın 24-də Rusiyanın Su-24 bombardmançısını vuran Türkiyənin F-16 qırıcısı ilə bağlı maraqlı bir fakt ortaya çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, rus təyyarəsini qadın pilot vurub.
Amma qadın pilotun şəxsiyyəti gizli saxlanılır.
Xatırladaq ki, Rusiya təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün vurulub. Ankara Su-24-ün Türkiyənin hava məkanına daxil olduğunu sübut etmək üçün radar görüntülərini yayıb. Türkiyə SQ Baş Qərargahı hava sərhədini pozan təyyarənin 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini, ancaq təyyarənin istiqamətini dəyişdirmədiyini açıqlamışdı.
Rusiya tərəfi isə təyyarənin Suriyanın hava məkanı üzərində vurulduğunu iddia edir. Lakin Moskva bunu sübut edə biləcək dəlilləri ortaya qoya bilməyib. Bombardmançının “qara qutu”larının isə böyük zədə aldığı bildirilir.
İndiyə kimi rus təyyarəsini vuran pilotla bağlı heç bir məlumat verilməyib. “Haberler.com” saytının hərbi mənbələrdən əldə etdiyi məlumata görə, rus təyyarəsini vuran raketi qadın pilot atəşləyib.