İran və Çin arasında 25 illik strateji tərəfdaşlığa dair razılaşma əldə olunub
24-01-2016, 12:26
İran və Çin arasında 25 illik strateji tərəfdaşlığa dair razılaşma əldə olunub. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın ali dini lideri ayətullah Əli Xamenei Çin sədri Si Tsinpinlə keçirdiyi görüşdən sonra bildirib.
“İran xalqı və hökuməti həmişə müstəqil və etibarlı tərəfdaş olan Çin kimi ölkələrlə münasibətləri genişləndirmək istəyib və genişləndirir. İran və Çin prezidentləri strateji münasibətlərin 25 il müddətinə genişləndirilməsinə dair razılığa gəliblər. Bu çox düzgün və müdrik razılaşmadır”, deyə İranın ali dini lideri qeyd edib.
Ayətullah Əli Xamenei energetika, neft və qaz sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
O təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsinə dair razılaşmanın əldə olunduğunu bildirib: “Təəssüf ki, Qərbin apardığı səhv siyasət səbəbindən İslam barədə yanlış fikirlər yayılıb, bu isə bütün bölgə üçü böyük təhlükə yaradır”.