Daha bir neft platformasında yanğın - 97 nəfər təxliyə edildi
24-01-2016, 13:20
Meksika körfəzinin cənub hissəsində yerləşən neft platformasının maşın şöbəsində yanğın baş verib. Bu barədə Meksikanın “Pemex” şirkətinin “Twitter” səhifəsində məlumat verilib. Zərərçəkənlər barədə məlumat yoxdur. Üç gəmi vasitəsi ilə platformadan 97 nəfər təxliyə edilib. Qeyd olunur ki, hələlik platforma əməliyyat işləri aparmadığından neft yayılması və ya sızması olmayıb. “Pemex” yanğının nəzarət altında olduğunu qeyd edir./publika