Suriya ordusu Latakiyada yerləşən Rabia şəhərində öz nəzarətini bərpa edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.
Qeyd edək ki, Suriya ordusu bu hücumu Rusiya təyyarələrinin müşayiəti ilə həyata keçirib. Rabia şəhəri bundan öncə suriyalı müxaliflərin nəzarəti altında olub.