Dağıstanda Putinə və Kadırova dəstək yürüşünün qarşısı alındı
24-01-2016, 20:12
Dağıstanda yerli “OMON” Rusiya prezidenti Vladimir Putinə və Çeçenistan rəhəri Ramzan Kadırova dəstək məqsədi ilə keçirilən avto-yürüşün qarşısını alıb.
Virtualaz.org bildirir ki, bu barədə yerli “Çernovik” qəzeti məlumat yayıb.
Bildirilir ki, tədbir bu günə nəzərdə tutulubmuş. Avto-yürüş iştirakçıları səhər saat 7.30-da Gizlərdən Qudermesə istiqamət götürməli, orada isə Kızılyurd-Mahaçqala-Kaspiysk-İzberbaş-Dərbənd marşrutu üzrə Çeçenistandan gələn avtomobil karvanına qoşulmalıymış. Amma polis maşın karvanının qarşısını kəsib.
Hadisə şahidlərinin sözlərinə görə, “OMON” əməkdaşları hətta Putinlə Kadırovun birgə plakatlarını da cırıblar.
Nəşrin yazdığına görə, avto-yürüşün təşkilatçıları sırasında Dağıstan üzrə Pensiya Fondunun sabiq rəhbəri Saqid Murtuzəliyevin tərəfdarları da olub.