ABŞ-da 7 bal gücündə zəlzələ oldu

24-01-2016, 20:32           

ABŞ-ın şimal-qərbindəki Alyaska ştatında 7,1 bal gücündə zəlzələ olub.

Zəlzələnin ştatın ən böyük şəhəri Ankoragenin 261 kilometr cənub qərbində baş verdiyi bildirilir.

Azertag.az xəbər verir ki, ABŞ Geoloji Ölçmə Mərkəzinə görə, zəlzələ yerin 124,8 kilometr dərinliyində meydana gəlib. Milli Hava Xidməti zəlzələnin dərinliyi səbəbindən sunaminin gözlənilmədiyini açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.