İŞİD Parisdə terrorunu törədənlərin iştirak etdiyi video yayıb

25-01-2016, 20:39           
İŞİD Parisdə terrorunu törədənlərin iştirak etdiyi video yayıb
İŞİD Parisdə terror hadisəsi törədən terroristlərin iştirak etdiyi video yayıb.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, girovların öldürülməsi səhnəsi yer alan videoda İŞİD 2015-ci ilin noyabrında Parisdə terror hadisəsi törədən üzvləri də var. Videoda Parisdə terror hadisəsi törədən Bilal Hadfi və Abu əl-Kital Faransinin görüntüləri yer alıb.

The Telegraph-ın yazdığına görə, video Paris hadisələrindək çəkildiyi bildirilir. Terroristlər onu ancaq yanvarın 24-də axşam yayımlayıblar.”Kim ki, bizim düşmənlərimiz sırasında dayanıb, onalrın hamısı qılıncımızdan keçəcək”, - The Telegraph videodan sitat gətirib. Videoda Londonda Müqəddəs Pavla kilsəsi və Tauer körpüsünün kadrları da nümayiş olunub. Bu zaman Böyük Britanyanın baş naziri Devid Kemeron və ictimai palatanın spikeri Con Berkonun da fotoları nümayiş etdirilib. Orada onların fotoları növbəti hədəf kimi göstərilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.