Putin Stalinə irad tutdu - Siyasi həyasızlığın sonu...

26-01-2016, 10:39           
Putin Stalinə irad tutdu - Siyasi həyasızlığın sonu...
Vladimir Putin bu dəfə Stalini tənqid atəşinə tutdu. O SSRİ-nin dağılmasının günahkarı Stalinin ölkənin daxilindəki qurumlara geniş səlahiyyət verməsi ilə izah etdi.

Moderator.az xəbər verir ki, RF prezidenti Vladimir Putin ictimaiyyətin nümayəndələri ilə görüşündə Leninin “Rusya adlı binanın altına qoyduğu bomba” məsələsinə bir daha aydınlıq gətirib.

O deyib ki, burada əsas iradım dövlət quruculuğu ilə bağlı olan məsələlərədir. “Belə ki, burada əsas iradım Stalinin SSRİ-nin tərkibinə daxil olan subyektlərə çox geniş səlahiyyətlər verilməsinədir. Bu ideya da məhz Stalinə məxsusdur”, - Putin vurğulayıb.

Putin onu da əlavə edib ki, o zaman SSRİ 4 subyetkdən ibarət olub - Rusiya, Ukrayna və Belarusdan. “Lenin o zaman deyib ki, SSRİ-yə daxil olan subyektlər bərabər hüquqlu əsasda formalşamalıdır və lazım gələndə onlar Sovet İttifaqının tərkibindən çıxa bilər. Bax mən binaın altına qoyulan tədricən işləyən bomba deyirdim, hansı ki, o bomba bizim dövlət adlandırdığımız binanın alıtna qoyulmuşdu və nəticəsi də artıq bəllidir.”

Putin deyib ki, ona görə də Rusiya keçmişi diqqətlə və obyektiv analiz etməlidir ki, gələcəkdə belə səhvlərə yol vermədən dövlətçiliyi möhkəmləndirmək üçün öz dövlət quruculuğunu və iqtisadyyatını inkişaf etdirmək mümkün olsun.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.