Putin Qarabağ məsələsində Ərdoğana güvənir - KRİTİK AÇIQLAMA

27-10-2020, 10:08           
Putin Qarabağ məsələsində Ərdoğana güvənir - KRİTİK AÇIQLAMA
Rusiya ilə Türkiyə arasındakı Qarabağ dialoqu bölgədəki vəziyyəti sabitləşdirməyin açarıdır.

Publika.az xəbər verir ki, bunu Rusiyanın “Voyenno-promışlennıy kuryer” analitik qəzetinin yazarı Oleq Faliçev deyib.

Rusiya Prezidenti Vladimir Putinin Türkiyə ilə münasibətləri mövzusuna toxunan yazar bildirib ki, iki ölkə arasında etibarlı tərəfdaşlıq mövcuddur: “Putin Dağlıq Qarabağ mövzusunda Türkiyə ilə münasibətlərini dəyərləndirərkən doğru və balansı mövqe sərgiləyir. Nə sərt açıqlamalar verir, nə də sərt addımlar atır. Türkiyə S-400 verdiyimiz yeganə NATO ölkəsidir. Bu, yaxın qonşu və partnyorumuza hiss etdiyimiz etibarın göstəricisidir. Rusiya Dağlıq Qarabağ mövzusunda da Türkiyəyə etibar edir”.

Qeyd edək ki, Vladimir Putin başda Dağlıq Qarabağ olmaqla, regional məsələlər və hərbi-texniki əməkdaşlıq kontekstində Türkiyə ilə dialoqu “müstəqil Türkiyə ilə iş görmək keyfli və etibarlıdır” sözləri ilə şərh etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru