Dünyada son bir həftə ərzində koronavirusa rekord yoluxma aşkarlanıb

28-10-2020, 03:03           
Dünyada son bir həftə ərzində koronavirusa rekord yoluxma aşkarlanıb
Dünyada son bir həftə ərzində 2,8 milyon insan koronavirusa yoluxub. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd edilir ki, bu, pandemiyanın başlanğıcından rekord göstəricidir.

"Son həftə ərzində COVID-19-a 2,8 milyondan çox yeni yoluxma və virusdan təxminən 40 min ölüm qeydə alınıb", - ÜST-ün informasiya bülletenində deyilir.

Virusa ən çox yoluxma Avropada artıb. “Köhnə qitə”də COVID-19-a bir həftə ərzində 1,33 milyondan çox yeni yoluxma aşkarlanıb. Şimali və Cənubi Amerikada 884 min nəfər təhlükəli infeksiyaya yoluxub. Cənub-şərqi Asiyada bu rəqəm 445 min nəfər təşkil edib.

Pandemiyanın başlanğıcından dünyada koronavirusa ümumilikdə 44 milyon yoluxma qeydə alınıb, təhlükəli infeksiyaya yoluxmuş 32 milyon insan sağalıb, 1,1 milyondan çox insan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru