Bu gün Federal Ehtiyatlar Sisteminin (FES) iclası keçiriləcək - Dollar yenədəmi qalxacaq?

27-01-2016, 13:26           
Bu gün Federal Ehtiyatlar Sisteminin (FES) iclası keçiriləcək - Dollar yenədəmi qalxacaq?
Amerika Birləşmiş Ştatlarının Federal Ehtiyatlar Sisteminin (FES) bu ilin ilk iclasında uçot dərəcəsinə yenidən baxılacaq.

Ekspert və analitiklərin əksəriyyəti hesab edir ki, FES uçot dərəcəsini dəyişməyəcək.

Bu arada, dünya birjalarında dolların məzənnəsi dəyişməz olaraq qalır. Birja oyunçuları FES-in iclasında sonra ediləcək açıqlamanı gözləyir.

Xatırladaq ki, ötən ilin dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Beləliklə, baza faiz dərəcəsi üzrə orta göstərici 0,375% təşkil edir. Qeyd olunur ki, son dəfə uçot dərəcəsi 2006-cı ildə qaldırılmışdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.