Putinin eks-məsləhətçisindən inanılmaz sözlər

27-01-2016, 14:07           
Putinin eks-məsləhətçisindən inanılmaz sözlər
Rusiya və ABŞ Ukraynanın xəbəri olmadan Donbasla bağlı danışıqlar apara bilərlər.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov söyləyib. Onun sözlərinə görə, artıq bu şübhələr öz təsdiqini tapır:

“Son 20 ildə belə bir ənənə formalaşıb. Amerika hansısa mövqe formalaşdırır, Moskra buna qarşı çıxır və Vaşinqtonu çox sərt formada tənqid edir. Bundan bir az sonra ABŞ öz mövqeyini dəyişir. Yekun razılaşma heç də həmişə tam olaraq Kremlin maraqlarına cavab verməsə də, əsasən onun xeyrinə olur. 1990-ci illərin sonu 2000-ci illərin əvvəllərində Ağ Ev Kremli Çeçenistandakı fəaliyyətinə görə kəskin tənqid edirdi. Lakin sonradan onlar bunu dayandırdılar. 2008-ci ildə isə ABŞ rus qoşunlarının Gürcüstana hərbi müdaxiləsinə sərt reaksiya vermişdi. İndi isə bununla bağlı bir fikir belə səslənmir. İki il əvvəl Vaşinqton Moskvanı Krım və Donbasa görə tənqid edirdi, amma indi bu, heç yadlarına da düşmür. İndiyə qədər nə Obama, nə Kerri, nə də ki Nuland ictimaiyyət qarşısında Krımın anneksiyasının qəbuledilməz olduğunu və Ukraynaya qaytarılması gərəkdiyini deyiblər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.