Rusiyada yaşayan azərbaycanlı ilə bağlı İLGİNC İDDİA - Ermənistandan Azərbaycana keçib...

27-01-2016, 16:14           
Rusiyada yaşayan azərbaycanlı ilə bağlı İLGİNC İDDİA - Ermənistandan Azərbaycana keçib...
Rusiyada azərbaycanlı kişi özünün rus arvadını oğurlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə ötən gün səhər saatlarında Sankt Peterburqda Vasilyevski adası adlanan yerdə baş verib.

27 yaşlı Aleksandra kafelərdən birində 3 kişi tərəfindən oğurlanıb. Naməlum şəxslər onu zorla çalışdıqları kafedən çıxararaq "QAZ 32410" markalı maşına mindiriblər. Daha sonra naməlum istiqamətdə gediblər.

Qaçırılan qızın anası istintaqa açıqlamasında deyib ki, onlardan biri Aleksandranın azərbaycanlı olan 33 yaşlı həyat yoldaşı olub. Bundan iki həftə öncə o Valxove şəhərində 9 yaşlı övladlarını da qaçırmışdı. Bu zaman öz həyat yoldaşını döyüb. Hadisədən sonra qadın Bolşoy prospektdə yaxınlarının evində iki həftə gizlənib.

O, qızı ilə danışığında öyrənə bilib ki, kürəkəni 9 yaşlı oğlan nəvəsini Azərbaycana keçirib. Qadının iddiasına görə, o uşağı Ermənistandan Azərbaycana keçirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.