Jurnalist gözünü çıxarıb yerinə videokamera qoydu – VİDEO
28-01-2016, 00:32
Spens sağ gözü ilə görə bilmir.Kanadalı gözünə miniatür videokamera qoyub və indi özünü Eyeborg (yaxud Gözborq – kiborqa analoji olaraq) adlandırır.
Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, jurnalist və rejissor Rob Spens doqquz yaşı olarkən bədbəxt hadisə nəticəsində görmə qabiliyyətini qismən itirib.
Nəticədə, kişinin sağ gözü kor olub. Spens uzun illər onu kamera ilə əvəz etmək haqqında düşünüb.Kanadalının sözlərinə görə, indi o, çəkiliş qrupunun köməyi olmadan video çəkə, yaxud müsahibə götürə bilir. Hətta ona videonun yazıldığı xarici qurğudan başqa, heç bir avadanlıq da lazım deyil.
Təəssüf ki, göz-kamera hələ mükəmməl deyil və ardıcıl üç dəqiqədən artıq işləyə bilmir, çünki kamera qızmağa başlayır. Spens sağ gözü ilə görə bilmir, belə ki, o, görmə siniri ilə birləşdirilməyib. Bu, sadəcə olaraq video yazan kameradır. Hazırda kanadalı və onun komandası göz-kameranın üzərində işləməkdə davam edirlər. Onlar çalışırlar ki, o, əsl gözdən zahirən fərqlənməsin.