Kadırov getdikcə rusların gözündən düşür

28-01-2016, 14:12           
Kadırov getdikcə rusların gözündən düşür
Rusiyada aparılan sorğu nəticəsində məlum olub ki, rusların 60%-i Kadırovun müxalif siyasətçilər və ictimai fəalları “xalq düşməni” elan etməsi fikri ilə razı deyil.

Avropa.info xəbər verir ki, sosioloqların araşdırması göstərib ki, Kadırovun parlamentdə təmsil olunmayan müxalifəti tənqid etməsi əhalidə ona qarşı qəzəb yaradıb. Rusların yalnız 15%-i Kadırovu dəstəkləyib.

Sorğu əsasında müəyyən edilib ki, son zamanları Rusiya əhalisinin Kadırova münasibəti pisləşib. Ona olan rəğbət cəmi 1 il ərzində 35%-dən 17%-ə enib. 10% əhali ona mənfi münasibət bəsləyir. Halbuki əvvəllər bu rəqəm 5% idi.

Kadırova əvvəlki rəğbəti sosioloqlar onun Ukrayna münaqişə barədə verdiyi açıqlamalara bağlayırlar. Qroznıda keçirdiyi mitinqlər ona olan münasibəti korlayıb. Çünki bütün bu şou SSRİ dövrünü xatırladır.

“Levada-sentr”ın keçirdiyi sorğuda 1600 nəfər iştirak edib.

Xatırladaq ki, Kadırov müxalifəti “vətən xaini”, “satqın” elan etməyi, ciddi şəkildə cəzalandırmağı təklif etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.