Rusiyada krediti ödəyə bilməyənlər baknlara hücum çəkdi

28-01-2016, 18:59           
Rusiyada krediti ödəyə bilməyənlər baknlara hücum çəkdi
Rusiya banklarından xarici valyuta ilə borc götürən şəxslər bu gün bir neçə bankın qarşısında etiraz aksiyası keçiriblər.

Avropa.info xəbər verir ki, qarşısında etiraz keçirilən banklar “Moskommersbank”, “VTB-24”-dir. “Moskommersbank”ın nümayəndələri borcluların qarşısına çıxaraq deyib ki, bank kreditləri rubla çevirməyəcək, ancaq borc müddətinin uzadılması üçün restrukturizasiya planı hazırlanır.

Etirazçılar açıqlamadan narazı qalıblar və bir müddət şüarlar səsləndiriblər, bank mühafizəsi ilə toqquşma yaranıb. Ancaq sonda sakitləşiblər.

“VTB-24” ün nümayəndəsi bildirib ki, bankın valyuta borclanması üzrə siyasəti iki ildir dəyişilməz qalır. Onun dediyinə görə xarici valyuta ilə kredit verilməsi siyasəti nəticəsində ipoteka borcluları 27% azalıb. 1400 nəfər üçünsə ödəmə müddəti uzadılıb.

Bənzər aksiya dünən Moskvada “Delta-Kredit” bankın qarşısında keçirilib. Bank nümayəndələri problemləri tək-tək həll etməyə çalışsa da, aksiya keçirənlərdən heç biri bu təkliflə razılaşmamışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.