Rusiya Hindistanın silah bazarında öz payını itirə bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Stratfor” qlobal məlumat şirkəti yayıb. Şirkət Hindistanın silah idxalının 70%-nin Rusiyanın payına düşdüyünü bildirib:
“Hindistan bir müddət bundan öncə ABŞ, Cənubi Koreya və İsraillə mühüm müqavilələr imzaladı. Hazırda o, Fransadan döyüş təyyarələrinin alınması ilə danışıqları başa çatdırır. Son beş ildə dünyadakı ümumi silah idxalının 15%-i Dehlinin payına düşür. Rusiya bu ölkənin silah bazarında 70% paya sahibdir, amma son illər ərzində onun bazardakı mövqeyi getdikcə zəifləyir. Dehli Moskva ilə imzaladığı bir sıra layihələrdən imtina etmək niyyətindədir”.