Paşinyanın oğlu Moskvaya qaçdı (VİDEO)

16-01-2021, 18:50           
Paşinyanın oğlu Moskvaya qaçdı (VİDEO)
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı və qızlarından başqa, oğlu Aşot Paşinyanın da gizlincə Moskvaya getdiyi barədə məlumat yayılıb.

Bu barədə "Mediaport” "Telegram” kanalında video paylaşılıb.

Moskvadakı "Ararat Hayat” hotelinin həyətindən videonu kanala göndərən şəxs bildirib ki, dünən gecə yarısından sonra Anna Akopyana xidmət edən avtomobillə Aşot Paşinyan da hotelə gətirilib.
Qeyd edilir ki, təxminən bir həftə əvvəl Nikol Paşinyanın həyat yoldaşının, uşaqlarının Rusiya vətəndaşlığını almaq üçün Moskvaya getdiyi bildirilib. Paşinyanların Moskvanın elit bölgələrindən birində villa alacağı məlum olub.
Erməni mənbə yazır ki, Ermənistanın taleyi ilə məşğul olmaq əvəzinə, Nikol Paşinyan öz ailəsinin gələcəyi və rifahı ilə maraqlanır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru