Rusiyalı deputatın AŞPA-da çıxışını bitirməsinə imkan verilməyib

28-01-2021, 10:40           
Rusiyalı deputatın AŞPA-da çıxışını bitirməsinə imkan verilməyib
AŞPA-da rusiyalı deputatın blogger Aleksey Navalnı ilə bağlı çıxışı yarımçıq kəsilib.
APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, AŞPA-nın vitse-prezitenti Nikole Triss Rusiya nümayəndə heyətinin üzvü deputat Leonid Slutskinin A.Navalnı ilə bağlı debat zamanı çıxışını yarımçıq kəsib. Buna səbəb onun çıxışı zamanı maskadan istifadə etməməsi olub. Nikole Triss rusiyalı deputatın sözünü kəsərək onun maska taxmasını istəyib. Daha sonra isə deputatın mikrofonunu söndürüb. O qeyd edib ki, bu, bir protokol qaydasıdır və sessiyanın hibrid rejimdə davam etdirilməsi üçün məcburidir.
L.Slutski çıxışının əvvəlində "Navalnının "Noviçok" maddəsindən zəhərlənmədiyini, Avropa Şurası standartlarının bəzi nümayəndə heyəti üzvlərinin çıxışlarındakı yalanlarla uyğun gəlmədiyini" bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru