Navalnının qardaşı, vəkili, həkimidə həbs edildi

28-01-2021, 18:36           
Navalnının qardaşı, vəkili, həkimidə  həbs edildi
Rusiyada həbsdə olan müxalif bloqqer Aleksey Navalnının qardaşı Oleq Navalnı, vəkili Lyubov Sobol və xüsusi həkimi Anastasiya Vasilyeva həbs olunub.

Bu barədə Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici casus” siyahısına daxil edilən Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov açıqlama verib. O, sosial şəbəkədəki açıqlamasında polisin Navalnının qardaşı Oleq Navalnı, vəkili Lyubov Sobolu və Həkimlər Birliyi Həmkarlar İttifaqının rəhbəri Anastasiya Vasilyevayı 48 saat müddətinə həbs etdiyini bildirib.

Həmçinin qeyd olunub ki, Navalnının paytaxt Moskvadakı mənzilində və qurduğu Antikorrupsiya Fondunun ofisində sanitariya və epidemioloji qaydaların pozulması səbəbi ilə polis tərəfindən axtarış aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru