AŞPA Rusiya nümayəndə heyətinin sessiyada iştirakına icazə verdi

28-01-2021, 22:29           
AŞPA Rusiya nümayəndə heyətinin sessiyada iştirakına icazə verdi
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətinin səlahiyyətlərinə dair qətnamə qəbul edilib.

Sənədə əsasən, Rusiya nümayəndə heyəti qurumun sessiyalarında iştirak edə biləcəklər.

Qətnamə avstriyalı deputat Stefan Şennak tərəfindən hazırlanan hesabat əsasında qəbul edilib.

Sənəddə Rusiya ilə AŞPA arasında insan hüquqları və digər məsələlərin yaxşılaşdırılması məqsədilə dialoqun davam etdirilməsi tövsiyə olunur. Rusiya Federasiyası ona verilmiş tövsiyələrin həyata keçirilməsi məqsədilə əsaslı tədbirlər görməyə çağırılır.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməmişdi.(Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru