ABŞ Konqresində “daxili düşmənlər” tapılıb

30-01-2021, 00:05           
ABŞ Konqresində “daxili düşmənlər” tapılıb
ABŞ Konqresinin aşağı palatasının (Nümayəndələr Palatası) sədri Nensi Pelosi Kapitolidə təhlükəsizliyi təmin etmək və onu “daxili düşmənlərdən” qorumaq üçün büdcədən daha çox maliyyə ayrılmasını istəyib.

“RİA Novosti”nin məlumatına görə, parlamentari qeyd edib ki, keçmiş prezident Donald Trampın tərəfdarları tərəfindən Kapitoliyə basqın edildikdən sonra getdikcə daha çox konqresmen öz təhlükəsizliyi üçün narahatdır. Pelosi yalnız xarici deyil, həm də daxili təhlükə olduğunu düşünür. “Bu, Konqres binasının təhlükəsizlik sisteminə çəkilən xərcləri artırmaq üçün səbəbdir”, - o bildirib.

Pelosi almağa ümid etdiyi vəsaitin dəqiq məbləğini açıqlamayıb.

Kapitolinin mühafizəsinin gücləndirilməsinin zəruriliyini daha əvvəl Konqres binasında polis rəisi də bildirmişdi. O, yaxınlıqda əlavə polis qüvvələrinin yerləşdirilməsini və əlavə çəpərlərin qoyulmasını istəmişdi.

“Report” xatırladır ki, ABŞ Konqresinin binasına basqın yanvarın 6-da - Vaşinqtondakı mitinq iştirakçılarının prezident seçkisinin nəticələrinin təsdiqlənmək üzrə olduğu Kapitoliyə doğru hərəkət etməsindən sonra baş verib. Etirazçı kütlə binaya soxularaq Konqresin ortaq iclasını yarımçıq saxlatmışdı.

İğtişaşlar nəticəsində etirazçı qadın və polis ölüb, daha üç nəfər isə zorakılıqla əlaqəli olmayan səbəblərdən dünyasını dəyişib. Hüquq-mühafizə orqanları iğtişaşçıları binadan çıxardıqdan sonra konqresmenlər demokrat Cozef Baydenin prezident seçkisindəki qələbəsini təsdiqləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru