ABŞ kəşfiyyatı Koreyanın raketləri BARƏDƏ: - “Los-Anceles yox ola bilər”

6-02-2016, 14:06           
ABŞ kəşfiyyatı Koreyanın raketləri BARƏDƏ: - “Los-Anceles yox ola bilər”
ABŞ kəşfiyyatı Şimali Koreyanın ballistik raketləri sınaqdan keçirdiyi tarixlə bağlı məlumat açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Fox News telekanalı Amerika Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, raket sınaqları 8-10 fevral tarixlərinə təsadüf edib.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələri bu ərəfədə Yaponiya sahillərinə raket sistemləri göndərib.

Şimali Koreyanın atdığı addımların Amerika üçün təhlükə yaradacağı təqdirdə Pentaqonun bu raketləri vurmaq üçün əmr verəcəyi qeyd olunur.

ABŞ Müdafiə Nazirliyinin əməkdaşlarından birinin dediyinə görə Şimali Koreyanın hərbi sınaqları Los-Ancelesi yerlə yeksan etməyə gətirib çıxara bilər. Buna görə də, Amerika hərbçilərinin hər şeyi diqqətlə müşahidə etdikləri bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.