Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI

31-01-2021, 04:36           
Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI
"Dağlıq Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib".

Publika.az xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb:

Bildirilir ki, sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparırlar.

Bu gün Ermənistandan Dağlıq Qarabağa 104, ümumilikdə 51.739 nəfər geri qaytarılıb.

Humanitar Minatəmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazisini minalardan təmizləməyə davam edirlər. Gün ərzində 39 hektar ərazi, 3 km yol, 18 yaşayış binası təmizlənib, 47 partlayıcı obyekt aşkar edilərək məhv edilib.

Bu günə kimi 859.3 hektar ərazi, 245.8 km yol, 962 yaşayış binası, o cümlədən 27 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 23 936 partlayıcı maddə aşkar edərək zərərsizləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru