Rusiyada aksiyalar yenidən başlayıb

31-01-2021, 14:31           
Rusiyada aksiyalar yenidən başlayıb
Rusiyanın Moskva, Novosibirsk, Yekaterinburq və Xabarovsk şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilir.

Sfera.az TASS-a istinadən xəbər verir ki, artıq paytaxt Moskvada "Çistıye qrudı” və "Trubnaya” metro stansiyaları yaxınlığında bir qrup gənc saxlanılıb. Onların arasında xarici vətəndaşın da olduğu bildirilir. Bundan başqa, şübhəli şəxslərin çantaları yoxlanılır.

Yekaterinburqda mitinqə 2 minədək insan toplaşıb. Polis səsgücləndiricilər vasitəsilə ictimai asayişi qorumağa çağırır.

Novosibirskdə isə 500-dək insan aksiyaya qoşulub.

Xatırladaq ki, bənzər aksiyalar yanvarın 23-də də keçirilmişdi. Etirazçılar müxalifətçi bloger Aleksey Navalnının həbsinə etiraz olaraq meydanlara çıxmışdılar.

Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu insanları bu gün icazəsiz aksiyalarda iştirak etməməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru