Paşinyanın arvadı Anna Akopyan indi də İrəvan-Doha-Los Anceles yolunda... - Moskvada elit restoranda içki içərkən görüntülənmişdi
31-01-2021, 15:33
Ermənistan baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan bu gecə İrəvan-Doha-Doha-Los Anceles reysi ilə ABŞ-a yola düşüb.
Avropa.info xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Məlumata görə, səfər zamanı Akopyanı iki təhlükəsizlik əməkdaşı müşayət edib.
Qeyd edək ki, bir müddət öncə erməni mediası Anna Akopyanın Moskvanın ən elit "Puşkin" restoranından görüntüləri yayılmışdı. Görüntülərdə Akopyanın qızları ilə birgə bahalı spirtli içkilərin olduğu məclisdə iştirak edirdi. Bu görüntülər Ermənistanda sərt etirazlara səbıb olmuşdu. Anna Akopyanın ailə üzvləri onun Moskva səfərini təkzib etməmiş, bunun şəxsi səfər olduğunu bildirmişdilər.