Paşinyanın arvadını ABŞ-da “xain” şüarları ilə qarşıladılar

1-02-2021, 10:08           
Paşinyanın arvadını ABŞ-da “xain” şüarları ilə qarşıladılar
Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyanın ABŞ-a səfəri yerli ermənilər tərəfindən qəzəblə qarşılanıb. Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

"Baş xainin arvadı bu yaxınlarda Los-Angeles hava limanında göründü. Anna Akopyan ABŞ-da "xain" plakatları ilə qarşılandı”,- deyə ABŞ-da etiraz aksiyası keçirən politoloq Robert Marqaryan bildirib.

Həmçinin qeyd edilib ki, Akopyan Los-Ancelesə mühafizəçiləri ilə gedib və burada fevralın 1-də özünə ad günü məclisi keçirməyi planlaşdırır.

Xatırladaq ki, ötən ay Akopyanın Rusiyaya gizli səfər etməsi erməni cəmiyyətində etiraz doğurmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru