Rus polisi qəddar davrandı: Mitinqlərdə rekord sayda saxlanıllan var
1-02-2021, 10:18
31 yanvarda müxalifət lideri Aleksey Navalnıya dəstək məqsədilə Rusiyanın ayrı-ayrı şəhərlərində keçirilən aksiyalarda saxlanılanların sayı rekord həddə çatıb.
Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, 5038 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılıb.
Onlardan 1608 nəfəri Moskvada tutulub. Peterburqda saxlanılanların sayı 1122, Krasnoyarskda 194, Nijni Novqorodda 182, Tverdə 124 olub.
Hüquq müdafiçiləri bildiriblər ki, 31 yanvarda polis 23 yanvara nisbətən daha qəddar davranıb. Buna görə də saxlanılanların sayı kəskin artıb.
Xatırladaq ki, 23 yanvardakı aksiyalarda 4 minə yaxın şəxs saxlanılmışdı.