Zelenskidən ABŞ-la bağlı ŞOK FİKİRLƏR

1-02-2021, 10:35           
Zelenskidən ABŞ-la bağlı ŞOK FİKİRLƏR
İlin əvvəlində ABŞ-da- Kapitolidə baş verən iğtişaşlardan sonra dünya ABŞ-ı çətinliklə demokratiyanın simvolu kimi qəbul edəcək.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Məncə bu, ABŞ-dakı demokratiyaya güclü zərbə idi. Biz ABŞ-da ideal demokratiya institutlarının olmasına, hakimiyyətin dinc yolla ötürülməsinə vərdiş etmişik. Ukrayna iki inqilab yaşayıb və ona görə də oxşar şeylərin baş verə biləcəyini başa düşürük. Bununla belə heç kim gözləmirdi ki, ABŞ-da belə şey baş verə bilər. Bu isə hər şeyin ideal olmadığına şahidlik edir”, – deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.