Kosovo ilə İsrail arasında rəsmi olaraq diplomatik əlaqələrin qurulmasına dair saziş imzalanıb.
KONKRET.az xəbər verir ki, saziş Kosovo xarici işlər və diaspor naziri Meliza Haradinaj-Stubll və İsrail Xarici İşlər naziri Qabi Aşkenazi arasında videoformatda keçirilən görüşdə imzalanıb.
Eyni zamanda, siyasi məsləhətləşmələr və əməkdaşlığın qurulmasına dair iki protokol imzalanıb.