İran MAQATE müşahidəçilərini özünün nüvə obyektlərinə buraxacaq

2-02-2021, 07:31           
İran MAQATE müşahidəçilərini özünün nüvə obyektlərinə buraxacaq
İran hakimiyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) müşahidəçilərinin sayını azalda bilər, amma obyektlərə girişi tamamilə bloklamayacaq.

“Report” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif CNN telekanalına müsahibəsində deyib.

Bu, MAQATE müfəttişlərinin fəaliyyətinin ləğvi demək deyil, yalnız onların sayının azaldılmasıdır", - İranın Xarici işlər naziri deyib. Məhəmməd Cavad Zərif qeyd edib ki, indi İranda MAQATE-nin dünyada ən ciddi yoxlanış mexanizmi mövcuddur.

Daha əvvəl İran hakimiyyəti bildirib ki, əgər Qərb ölkələri 21 fevrala qədər nüvə sazişinə riayət olunmasını təmin etməsələr, onda İran MAQATE-in əlavə protokolundan imtina edəcək. Bu, Tehrana agentliyin müşahidəçilərinin özünün nüvə obyektlərinə girişini tamamilə qadağan etmək hüququ verə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru