Çexiya Prezidenti: "Peyvənd məsələsində siyasətə yox, elmə daha çox üstünlük verilməlidir"

2-02-2021, 08:44           
Çexiya Prezidenti: "Peyvənd məsələsində siyasətə yox, elmə daha çox üstünlük verilməlidir"
Çexiya Prezidenti Miloş Zeman hər gün kiçik bir Çex və ya Moraviya kəndinin yox olmasından narahatlığını bildirib. SİA xəbər verir ki, ölkədə hər gün 150 koronavirusa yoluxmuş xəstə ölür ki, bu da kiçik Çex və ya Moraviya kəndlərindəki əhalinin sayına bərabərdir. Çex dövlətinin başçısı Frekvence-1 radiostansiyasının efirində danışarkən ölkəsinin əhalini koronovirus əleyhinə vaksinlə təmin edə bilməsi üçün BioNTech/Pfizer, Moderna və AstraZeneca vaksinləri ilə birgə, Avropa Komissiyası tərəfindən bəyəniləcəyi təqdirdə, Rusiyanın Sputnik-5 və Çinin Sinofarm preparatlarını da sifariş edəcəyini bəyan edib. O, eyni zamanda qeyd edib ki, bu məsələdə siyasətə yox, elmə daha çox üstünlük verilməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru