KONKRET.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Hayko Maas Tvitter səhifəsində yazıb.
“Aleksey Navalnıya qarşı çıxarılan hökm Rusiyada qanunun aliliyi prinsipinə ağır zərbədir”, – Maas yazıb.
Qeyd edək ki, bu gün Moskvanın Simonovski məhkəməsi Navalnının “Yves Rocher” işi ilə bağlı şərti cəzasını ləğv edərək, onu 3.5 il müddətinə real həbs cəzası ilə əvəz edib.