Ağ Evin yeni mesajı - ABŞ-a viza asanlaşacaq - FOTO

3-02-2021, 16:24           
Ağ Evin yeni mesajı - ABŞ-a viza asanlaşacaq - FOTO
Donald Trampdan sonra ABŞ-ın 46-cı prezidenti seçilən Co Bayden, Trampdan fərqli olaraq bəzi qaydalarda yumuşaltma siyasəti yürüdür.

Bizim.Media xəbər verir ki, bu barədə “Ağ Ev”-in rəsmi "twitter" səhifəsində paylaşım edilib.

“Bayden vaxt itirmədən, immiqrasiya sistemini gücləndirmək və yenidən qurmaq üçün çalışır”-deyə, qeyd edilən paylaşımda immiqrantlar və ölkəyə gəlmək istəyənlər üçün viza qaydalarının asanlaşdırılacağı diqqətə çatdırılır.

Co Bayden həmçinin bu sahədə müsəlmanlara qarşı tətbiq olunan qadağaları ortadan qaldıraraq, onların vətəndaşlıq aktını göndərmək üçün konqresə icazə verib.

Həmçinin uşaqlı ailələrin icazə məsələlərinə baxılaraq, immiqrantların bu mövzudakı çətinliklərinin həlli yolunda addımlar atılıb.

Qeyd edək ki, koronavirusun ölkədəki iş qüvvəsinə vurduğu zərəri də nəzərə alsaq viza almağın asanlaşması əsas məsələ olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru